Kəmalə Bənənyarlı ilə Tural Abbaslının durumundan xəbər yoxdur

Həbs olunanların yaxınları görüşə buraxılmırlar

Source:


Həbs olunanların yaxınları görüşə buraxılmırlar

“Nə Kəmalə Bənənyarlı, nə də Tural Abbaslının durumu haqda məlumatımız var. Valideynləri də həbsxana rəhbərliyi “təmir gedir” deyib, içəri buraxmır” – bunu Meydan TV-yə Müsavat Partiyasının başqanı İsa Qəmbərin müşaviri Əhəd Məmmədli deyib.

Onun sözlərinə görə, hələ də Binəqədi təcridxanasında saxlanılan Tural Abbaslı ilə əlaqə saxlaya bilməyiblər. Valideynləri daxili təlimata əsasən içəri buraxılmadığından 5-ci kameraya salınan T.Abbaslının vəziyyəti haqda məlumat yoxdur. Eləcə də AXCP üzvü Kəmalə Bənənyarlının vəziyyəti ilə bağlı məlumat verilmir.

Kəmalə Bənənyarlı məhkəmənin hökmü ilə 30 sutka azadlıqdan məhrum edilib. O, həbsi zamanı Nəsimi Rayon Polis İdarəsində işgəncəyə məruz qaldığını deyib. 15 sutka həbs cəzası alan T.Abbaslı K.Bənənyarlını müdafiə etdiyi üçün karserə salınıb.

Ana səhifəXəbərlərKəmalə Bənənyarlı ilə Tural Abbaslının durumundan xəbər yoxdur