Faktla bağlı cnayət işi başlanıb
Kəlbəcərdə arıçılıq təsərrüfatıyla məşğul olan şəxs minaya düşüb. Hadisə iyulun 13-də axşam saat 20 radələrində Kəlbəcər rayonunun Seyidlər kəndində baş verib.
Daxili İşlər Nazirliyinin bu barədə yaydığı məlumatda bildirilir ki, Çopurlu kəndində arıçılıq təsərrüfatıyla məşğul olan 59 yaşlı Sahib Əliyev mina partlayışı nəticəsində xəsarət alıb.
Faktla bağlı Kəlbəcər rayon Prokurorluğunda cinayət işi başlanıb.