Kəlbəcərdə ermənilər tərəfindən öldürülən Həsən Həsənovun meyiti geri qaytarılıb

Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib

Source:


Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib

Oktyabrın 2-də əsirlikdə öldürülən Həsən Həsənovun meyidi Azərbaycana qaytarılıb. Məlumat Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının saytına qoyulub. Bildirildiyinə görə, komissiyanın aidiyyəti beynəlxalq təşkilatlarla apardığı səmərəli danışıqlar nəticəsində, Azərbaycanın Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonu ərazisində işğalçı ordunun hərbçiləri tərəfindən iyulun 11-də qətlə yetirilmiş 1978-ci il təvəllüdlü Həsənov Həsən Fərman oğlunun nəşi 2 oktyabr 2014-cü il tarixdə qarşı tərəfdən alınıb.

İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək, öldürülüb.

Ana səhifəXəbərlərKəlbəcərdə ermənilər tərəfindən öldürülən Həsən Həsənovun meyiti geri qaytarılıb