Baş prokuror əmr imzalayıb
İşğaldan azad edilmiş rayonlardan bəzilərinə hərbi prokuror təyinatı olub. Baş prokuror Kamran Əliyev bununla bağlı əmrlər imzalayıb. Baş Prokurorluqdan verilən məlumata görə, Mahir Ələmdar oğlu Bayramov Kəlbəcərin, Elşən Xıdır oğlu Mürsəlov isə Qubadlı rayonunun hərbi prokuroru vəzifəsinə təyin edilib.
Prezident İlham Əliyevin “İşğaldan azad olunmuş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında” 1 aprel 2021-ci il tarixli sərəncamı əsasında öncə Qubadlı və Kəlbəcər Hərbi Prokurorluqları yaradılıb. Bundan sonra Baş prokurorun müvafiq əmrlərilə sözügedən hərbi prokurorluqların struktur və ştat tərkibi müəyyən edilib. Ardınca isə həmin rayonların hərbi prokuroru təyin edilən şəxslərlə bağlı əmrlər imzalanıb.