Kəlbəcər rayonuna yeni icra başçısı təyin edilib

Daha sonra “Azərbaycan Dəmir Yolları” QSC-də əmək fəaliyyətinə davam edib.

Source: Specify Source


Prezident icra başçısını videoformatda qəbul edib

Prezident İlham Əliyev Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.

Dövlət başçısı bununla bağlı mayın 13-də

sərəncam

imzalayıb.

Bundan əvvəl Kəlbəcər rayonunun icra başçısı Aqil Məmmədov olub. O, 9 fevral növbədənkənar parlament seçkilərində 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputat seçildiyi üçün vəzifəsindən azad olunmuşdu.

Yeni icra başçısı Azər Qocayev 1985-ci ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər 31 saylı tam orta məktəbini bitirəndən sonra şəhər Dövlət Universitetinin energetika fakültəsində təhsil alıb.

A.Qocayev bir müddət “Azərişıq” ASC-nin Sumqayıt şöbəsində çalışıb. Daha sonra “Azərbaycan Dəmir Yolları” QSC-də əmək fəaliyyətinə davam edib.

Prezident İlham Əliyev mayın 13-də Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.

Ana səhifəSiyasətKəlbəcər rayonuna yeni icra başçısı təyin edilib