“Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib”

“Bu döyüşlər onu göstərdi ki, hələ qüsurlar da, çatışmazlıqlar da var və biz onları operativ qaydada aradan qaldırırıq”

Source: Specify Source


İlham Əliyev: “Torpaqları işğalçılardan azad edən əsgərlər və zabitlərdir”

“Bu gün hələ bir ay keçməyib artıq Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib. Yenə də deyirəm, hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Düzdür, bəzi istiqamətlərdə ciddi düzəlişlərə ehtiyac var, amma biz bütövlükdə qarşımızda duran hədəfə çatırıq. Hər gün növbəti gün üçün döyüş tapşırığı verilir. Mən bu döyüş tapşırığını təsdiqləyirəm və demək olar ki, bu tapşırığın böyük hissəsi icra edilir”.

Bu fikirləri Prezident İlham Əliyev oktyabrın 25-də Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində nazirliyin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə keçirdiyi operativ müşavirədə

səsləndirib

.

Ölkə prezidenti beynəlxalq vasitəçilərin işğalçı dövlətə lazımi təzyiq göstərə bilmədiyini qeyd edib:

“Yaxud da ki, bunu etmək istəməyiblər. Əks təqdirdə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kağız üzərində qalmazdı”.

İlham Əliyev bildirib ki, hər gün Ermənistana ən müasir silahlar göndərilir.

“Bu döyüşlər onu göstərdi ki, hələ qüsurlar da, çatışmazlıqlar da var və biz onları operativ qaydada aradan qaldırırıq. Eyni zamanda, bu döyüşlərdən sonra, ikinci Qarabağ müharibəsi başa çatandan sonra döyüş zamanı əldə edilmiş bütün uğurlar və çatışmazlıqlar ciddi təhlil edilməlidir. Baxmayaraq ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, biz bundan sonra ordu quruculuğu işində daha müasir metodlardan istifadə etməliyik. Ancaq mən bunu demişəm və bir daha demək istəyirəm ki, torpaqları işğalçılardan azad edən əsgərlər və zabitlərdir. Bayrağı da onlar qaldırırlar, torpağı da onlar işğalçılardan təmizləyirlər. Ona görə növbəti günlərdə, – bu gün biz bu barədə danışacağıq, – bizim hərbi əməliyyatlarımız elə aparılmalıdır ki, onların səmərəsi daha da təsirli olsun, vaxt itirməyək. Bəzi hallarda yubanmalar var. Bəzi hallarda yubanmalara heç bir əsas gətirə bilmirlər. Biz bütün bunları təhlil edirik, təhlil edəcəyik”, deyə ölkə başçısı fikrini tamamlayıb.

Ana səhifəSiyasət“Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib”