Keçmiş UEFA rəhbəri Mişel Platini sərbəst buraxılıb

Keçmiş fransız orta sahə oyunçusu və üç dəfə Ballon d’Or qalibi hər zaman iddia edilən yalnışları inkar edib və heç bir səhvə yol vermədiyini bildirib.

Source:


Platini: ''Məndən EURO 2016, Rusiyadakı Dünya Kuboku, Qatardakı Dünya Kuboku haqda soruşdular''

Həbs olunmuş keçmiş UEFA prezidenti Mişel Platini (Michel Platini) sərbəst buraxılıb, – BBC xəbər verir.

63 yaşlı Platini 2015-ci ildə etik qaydaların pozulmasına görə vəsifəsindən kənarlaşdırılana qədər Avropa futbolunun rəhbəri olub.

Keçmiş fransız orta sahə oyunçusu və üç dəfə Ballon d'Or qalibi hər zaman iddia edilən yalnışları inkar edib və heç bir səhvə yol vermədiyini bildirib.

Qatar 2010-cu ildə ABŞ, Avstraliya, Cənubi Koreya və Yaponiya kimi rəqibləri yenərək 2022 Dünya Kubokunun ev sahibliyini qazanıb. Platini bu mübahisəli səsverməyə görə şübhəli bilinib.

Platini çərşənbə axşamı Parisin qərbində yerləşən Nanter (Nanterre) şəhərində nəzarətə alınıb və sorğu sual edilib.

O, həmin gecə həbsdən azad edilib.

"Uzun idi, sualların sayını nəzarə olaraq uzun olmalıydı, məndən EURO 2016, Rusiyadakı Dünya Kuboku, Qatardakı Dünya Kuboku haqda soruşdular," Platini deyib.

Rəsmilər 2018 və 2022-ci illər Dünya Kubokları ilə əlaqədar son iki ildə mövcud olmuş korrupsiya iddialarini araşdırırlar və 2017-ci ildə FIFA-nın keçmiş prezidenti Sepp Blatteri də sorğulayıblar.

Platininin vəkilləri onun həbs olunmadığını və sorğunun tərkib hissəsi olaraq sualları cavablandırdığını və "özünü dəqiq ifadə edərək və faydalı şərhlər verdiyini" deyib.

"Ona heç bir aidiyyəti olmayan bu hadisə ilə Platinin heç bir əlaqəsi olmayıb. Növbəti olacaqlardan da o, tam əmindir".

FİFA deyib ki, Platininin sorğuya çəkilməsindən xəbərdardır, lakin bu haqda "şərh vermək durumunda deyil".

Ana səhifəDünyaKeçmiş UEFA rəhbəri Mişel Platini sərbəst buraxılıb