Keçmiş türk generallarına ömürlük həbs cəzası verilib

“Hürriyət” yazır ki, Öztürk 2013-cü ildə “Balyoz” əməliyyatıyla bir çox komandirin həbs olunmasından sonra hava qüvvələri komandiri olub.

Source: Foto: Hurriyet.com.tr


Məhkəmə 224 şübhəlini əhatə edən ''Genelkurmay çatı davası''nda qərarını açıqlayıb

2016-cı ilin 15 iyul tarixində Türkiyədə baş vermiş çevrilişə təşəbbüsə rəhbərlik etməkdə şübhəli bilinən keçmiş ordu generalı Akın Öztürk 141 dəfə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib, – Türkiyə mediası xəbər verir.

Ankara 17-ci Ağır Cəza Məhkəməsi 224 şübhəlini əhatə edən "Genelkurmay çatı davası" nda qərarını açıqlayıb. Sözdə "yurdda sülh konseyi" içərisində ən yüksək rütbəli əsgər, keçmiş hava qüvvələri komandiri general Öztürk də cəza alanlar arasındadır.

“Hürriyət” yazır ki, Öztürk 2013-cü ildə "Balyoz" əməliyyatıyla bir çox komandirin həbs olunmasından sonra hava qüvvələri komandiri olub. İki il sonra, 2015-ci ildə Ali Hərbi Şuranın üzvü seçilib.

İddialara görə, o, 2016-cı ildə dövlət çevrilişi yaşandığı gün “İstanbul Moda Deniz Klubu”nda general Mehmet Şanverin qızının toyunda nikah şahidi olub. Lakin buna baxmayaraq, nikaha saatlar qalmış həyat yoldaşının rahatsızlığını bəhanə edərək toya qatılmayıb. İyulun 15-də onun hərbi təyyarəylə Ankara Etimesgut Hərbi Havalimanına gəldiyi bildirilir. Çevrilişə cəhdin icrası zamanı isə Öztürkün bütün hərbi qüvvə komandirləri bir-bir Akıncı hərbi bazasına gətirilərkən “devrimçilər” tərəfindən ona verilən, hərbi bazanın içərisində yerləşən otaqda vəzifəsini yerinə yetirdiyi qeyd edilir. Çevrilişə cəhd zamanı isə o, Hava Qüvvələrinin qərargahında Hava Qüvvələri komandiri Veysel Kavak ilə görüş keçirib, həmin qərargahla Akıncı hərbi bazası arasında koordinasiyanı həyata keçirib. Öztürkün çevriliş ilə ordunun başına gətirilməsi planlanıbmış, – “Hürriyət” qeyd edir.

18 iyul 2016-cı ildə saxlanılan Öztürk bu iddiaları inkar edib və vəzifəsinin çevrilişə cəhd edən əsgərləri fikirlərindən daşındırmaq olduğunu bildirib.

“BBC Türkcə” xəbər verir ki, məhkum edilənlər arasında baş qərargah rəisi olan milli müdafiə naziri Hulusi Akarın komandiri Levent Türkan da ağırlaşdırılmış ömürlük həbs cəzası alıb. Ağırlaşdırılmış həbs cəzası alanlar sırasında Hulusi Akara çevrilişə cəhd haqqında xəbər verən keçmiş general-mayor Mehmet Dişli də var.

Ana səhifəDünyaKeçmiş türk generallarına ömürlük həbs cəzası verilib