Keçmiş səfirin adı ”qara siyahı”ya salındı

Azərbaycan XİN Evansın səfərini ”indiki həssas durumda qəsdən vəziyyətin gərginləşdirilməsinə cəhd” kimi qiymətləndirir

Source:
Con Evans
Con Evans


Azərbaycan XİN Evansın səfərini ”indiki həssas durumda qəsdən vəziyyətin gərginləşdirilməsinə cəhd” kimi qiymətləndirir

Azərbaycan XİN ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Evansın Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərini növbəti təxribat kimi dəyərləndirib.

Bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev bildirib.

Azərbaycan XİN Evansın səfərini “indiki həssas durumda qəsdən vəziyyətin gərginləşdirilməsinə cəhd” kimi qiymətləndirir.

Evansın kriminal mənşəli irqçi və radikal erməni lobbi təşkilatı olan Amerika erməni milli kongresi ilə uzunmüddətli sıx əlaqələri var.

ABŞ-ın Ermənistanda səfiri olarkən vəzifəsindən sui-istifadə edən bu şəxs qatı ermənipərəst və irqçi mövqeyi ilə seçilib. Qeyri-peşəkarlığa və yol verdiyi xidməti qüsurlara görə vaxtından əvvəl səfir vəzifəsindən geri çağrılıb.

Evansın adı Azərbaycana səfəri qadağan edilmiş arzuolunmaz şəxslər siyahısına daxil edilib.



Turan IA

Ana səhifəXəbərlərKeçmiş səfirin adı ”qara siyahı”ya salındı