Keçmiş sahibkar həbsdə öldü

Ceyran Rüstəmova vaxtilə MTN əməkdaşları tərəfindən təhdid olunduğunu açıqlamışdı

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə


Ceyran Rüstəmova vaxtilə MTN əməkdaşları tərəfindən təhdid olunduğunu açıqlamışdı

Azərbaycanda məhkum xəstəlikdən ölüb.

APA-nın məlumatına görə, hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada müalicə alan, 49 yaşlı Ceyran Rüstəmova vəfat edib.

C. Rüstəmova sahibkarlıq fəaliyyəti ilə məşğul olub. O, 2014-cü ildə dələduzluqda təqsirləndirilərək həbs edilib.

Məlumata görə, C. Rüstəmova həbs edilən zaman onkoloji xəstə olub.

C.Rüstəmova 2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyi ləğv edildikdən sonra mətbuata müraciət edərək MTN əməkdaşları tərəfindən şantaj edildiyini bildirib. MTN əməkdaşları tərəfindən təhdid olunan C. Rüstəmova onlara 100 min manat pul ödədiyini açıqlayıb.

Ana səhifəXəbərlərKeçmiş sahibkar həbsdə öldü