Keçmiş polis və ailə üzvləri məhkəmə qarşısında

Həbsdə olan Azayevlərə qarşı yeni ittiham irəli sürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi


Həbsdə olan Azayevlərə qarşı yeni ittiham irəli sürülüb

Yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsidə Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, qardaşı Faiq Azayev və atası İsif Azayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Onlar dövlət tərəfindən təyin edilən vəkillərdən imtina ediblər və öz vəkillərinin iclasda iştirak etmələrini istəyiblər. Bildiriblər ki, hər üçü sifarişlə həbs edilib və vəkillərlə müqavilə bağlamaq üçün heç kimləri yoxdur. İ.Azayev deyib ki, ancaq yoldaşı qalıb, o da xəstəxanadadır. Yaxın günlərdə xəstəxanadan çıxıb vəkillərlə müqavilə bağlayacaq. Hakim bunu nəzərə alaraq prosesin hazırlıq iclasını yanvarın 23-nə təxirə salıb.

Fərid Azayev bir qrup şəxslə cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Sevinc Məmmədovanı və Şəfəq Beydullayevanı oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunur. İttihama görə, hadisə 2014-cü il dekabrın 22-nə keçən gecə saat 03:00 radələrində baş verib.

Fərid və Faiq Azayevə qarşı Cinayət Məcəlləsinin (CM) 144.2.1 (iki və ya daha çox adam barəsində törədilən adam oğurluğu), 144.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilən adam oğurluğu) və 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilən seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb.

Səbail Rayon Məhkəməsinin 16 yanvar 2015-ci il tarixli qərarı ilə Fərid Azayev barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. Faiq Azayev barəsində isə polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Azayev 10 il 6 ay və Vüsal Babayev 9 il müddətinə azadlıqdan məhrum edilib. Faiq Azayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub. O, məhkəmə zalında həbs olunub. Sona Kərimova barəsində isə 2700 manatlıq cərimə cəzası kəsilib.

Daha sonra Azayev qardaşlarının atası İsif Azayev də həbs edilib. Ona və oğullarına CM-nin 177-ci (oğurluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə yeni ittiham elan edilib.

Ana səhifəXəbərlərKeçmiş polis və ailə üzvləri məhkəmə qarşısında