Keçmiş nazir müavininin həbsdə saxlanma müddəti uzadıldı

Bu üzdən R.Bayramovun həbsdə saxlanma müddətinin də artırılmasına ehtiyac var.

Source: google.az


İstintaq müddətinin başa çatmadığı əsas gətirilib

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməliyyatı nəticəsində həbs olunan Mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramov barəsində həbs-qətimkan tədbirinin müddəti uzadılıb. Bu barədə dekabrın 3-də Səbail Rayon Məhkəməsində qərar çıxarılıb.

Məhkəmənin hakimi Mədinə Bağırova sabiq nazir müavini ilə bağlı istintaq orqanının təqdimatına baxıb. Təqdimatda göstərilib ki, hələ istintaq hərəkətləri başa çatmayıb, araşdırmalar davam edir. Bu üzdən R.Bayramovun həbsdə saxlanma müddətinin də artırılmasına ehtiyac var.

R.Bayramov və vəkili həbs müddətinin artırılmasına etiraz edib. Amma hakim təqdimatı təmin edib və istintaq dövrü üçün R.Bayramov haqqında həbs-qətimkan tədbirinin müddəti daha üç ay uzadılıb.

R.Bayramovla eyni vaxtda həbs olunmuş Zakir Sultanov haqqında da eyni qərar verilib. Z.Sultanov nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisidir.

Adları çəkilən şəxslərin hər ikisi bu ilin mayından həbsdədir. Onlara qarşı Cinayət Məcəlləsinin 179 (mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.

Keçmiş nazir müavini nazirliyin tabeliyində olan qurumlarda elan olunan tenderlərdə özlərinə yaxın şirkətləri qalib elan etməklə, büdcədən ayrılan vəsaitlərin bir hissəsini mənimsəməkdə, mədəniyyət müəssisələrindən (musiqi məktəbləri və s.) hər ay rüşvət almaqda və başqa əməllərdə təqsirləndirilir.

Həbs olunanların özlərinin və ya yaxınlarının bu ittihamlara münasibəti məlum deyil.

R.Bayramov və Z.Sultanov DTX-nın istintaq təxridxanasında saxlanılır.

Ana səhifəSiyasətKeçmiş nazir müavininin həbsdə saxlanma müddəti uzadıldı