Keçmiş müstəntiq ”kars”da

Vəkil Rüfət Səfərovun aclıq aksiyası etdiyi üçün cəzalandırıldığını deyir

Source:


Vəkil Rüfət Səfərovun aclıq aksiyası etdiyi üçün cəzalandırıldığını deyir

Sentyabrın 28-də vəkil Bəhruz Bayramov 9 Saylı Cəzaçəkmə müəssisəsində keçmiş müstəntiq Rüfət Səfərovla görüşüb.

Bu barədə Meydan TV-yə danışan vəkil Rüfət Səfərovun səhhətinin yaxşı olduğunu, amma  hələ də cərimə kamerasında saxlanıldığını deyib.

Vəkil deyir ki, sabiq müstəntiqi cəzaçəkmə müəssisəsində üzləşdiyi rəftara aclıq aksiyası ilə etiraz etdiyi üçün cəzalandırıblar:

“O, müəssisəsdə qeyri-insani rəftara məruz qaldığına görə aclıq aksiyasına başlamışdı. Müəssisə rəhbərliyi buna görə ona “kars” cəzası verib. Amma atasının müraciətindən sonra o sentyabrın 24-də aksiyanı dayandırmışdı”.

Bəhruz Bayramov Rüfət Səfərovun oktyabrın 2-də  “kars”dan çıxarıcağını bildirib.

Rüfət Səfərov ötən ilin sentyabrın 8-də Lənkəran Rayon Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. O, Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun övladıdır.

Rüfət Səfərov ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq, Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib. Bundan sonra Zərdab Rayon Prokurorluğunda yoxlama, onun yaşadığı kirayə mənzildə isə axtarış aparılıb, mənzildən onun kompüteri, telefonu götürülüb. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham irəli sürülmüşdü.

Ana səhifəXəbərlərKeçmiş müstəntiq ”kars”da