Keçmiş MTN zabiti icra başçısı təyin edildi

Həmin zaman polkovnik rütbəsində olan Tağıyev Vahid Heydər oğlu “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Source: Prezident.az


Prezident Ağsu rayonunun rəhbərliyini dəyişdi

Prezident İlham Əliyev sentyabrın 30-da imzaladığı sərəncamlarla Ağsu rayonunun rəhbərliyini dəyişib.

Rayonun icra başçısı Ənvər Seyidəliyev vəzifəsindən azad edib və onun yerinə Vahid Heydər oğlu Tağıyev təyin edilib.

Ənvər Seyidəliyev 2007-ci ildən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı idi.

Vahid Tağıyev haqqında internetdə yeganə məlumat isə onun keçmiş MTN zabiti olmasıdır. Belə ki, 27 mart 2006-cı ildə prezident İlham Əliyevin sərəncamı ilə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin təltif olunan bir qrup əməkdaşı arasında onun da adı var.

Həmin zaman polkovnik rütbəsində olan

Tağıyev Vahid Heydər oğl

u “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Ana səhifəSiyasətKeçmiş MTN zabiti icra başçısı təyin edildi