Keçmiş MTN-nin vəzifəli şəxsi məhkəmədə özünü təqsirli bilməyib

“Vəzifəmi düzgün icra etmişəm”

Foto: Azərtac
MTN
MTN


“Vəzifəmi düzgün icra etmişəm”

Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam

etdirilib.

İclasda təqsirləndirilən Natəvan Mirvətova ifadə verib. O, özünü təqsirli bilməyib, vəzifəsini düzgün icra etdiyini deyib. N. Mirvətova məhkəmədən barəsindəki cinayət işinə xitam verilməsini istəyib. İclas günün ikinci yarısında davam edəcək.

İttihama əsasən, təqsirləndirilən şəxslər 2004-2015-ci illərdə mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.

Onlara Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda, 5 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə, 10 ildən 14 ilədək azadlıqdan məhrum etmə cəzası), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə, 10 ildən 14 ilədək azadlıqdan məhrum etmə cəzası), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə, 14 ildən 18 ilə qədər azadlıqdan məhrum etmə cəzası), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə, 13 ildən 17 ilə qədər azadlıqdan məhrum etmə cəzası )və digər maddələri ilə ittihamlar irəli sürülüb.

Ana səhifəXəbərlərKeçmiş MTN-nin vəzifəli şəxsi məhkəmədə özünü təqsirli bilməyib