Keçmiş DYP əməkdaşı 10 il həbs cəzası aldı

Keçmiş polis və qardaşı qadına qarşı zorakılıqda ittiham olunurlar

Source:


Keçmiş polis və qardaşı  qadına qarşı zorakılıqda ittiham olunurlar

Fevralın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Baş Dövlət Yol Polisi İdarəsinin sabiq əməkdaşı Fərid Azayev, qardaşı Faiq Azayev, Vüsal Babayev və Sona Kərimovanın məhkəmə prosesi yekunlaşıb.

Meydan TV-nin məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Fərid Azayev 10 il 6 ay, Vüsal Babayev 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

Faiq Ağayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub . O,  məhkəmə zalında həbs olunub.

Sona Kərimova barəsində isə 2700 manatlıq cərimə cəzası kəsilib.

İttihama görə, 2014-cü il dekabrın 22-nə keçən gecə saat 03:00 radələrində Fərid Azayev bir qrup şəxslə iki qızı oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri ediblər. Fərid Azayevə və onun qardaşı Faiq Azayevə qarşı Cinayət Məcəlləsinin 144.2.1 (iki və ya daha çox adam barəsində törədilən adam oğurluğu), 144.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilən adam oğurluğu) və 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilən seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb. Səbail Rayon Məhkəməsinin Fərid Azayev barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Faiq Azayev və Sona Kərimova barəsində isə polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

Ana səhifəXəbərlərKeçmiş DYP əməkdaşı 10 il həbs cəzası aldı