Keçmiş DSK üzvünün həyətindən kişi meyiti tapılıb

Cəsədin basdırıldığı yerdə hamam tikilib

Source:


Cəsədin basdırıldığı yerdə hamam tikilib

Salyanda keçmiş bələdiyyə sədrinin müavini Rafiq Cavadovun qardaşı Rövşən Cavadova məxsus həyətyanı sahədə kişi meyiti tapılıb. Həyətyanı sahə Yunis Zərgərli küçəsində yerləşir.

“Report”-un məlumatına görə, artıq meyitin şəxsiyyəti müəyyənləşdirilib. Bu, 14 ay əvvəl itkin düşmüş 26 yaşlı Elçin Mirqələm oğlu Qasımovdur.

İlkin versiyaya görə, E.Qasımov öldürülüb və həmin ərazidə basdırılıb. Meyitin basdırıldığı yerin üstündə isə hamam tikilib.

Rövşən Cavadovun həyat yoldaşı Nazənin Sahib qızı Cavadova əvvəllər 59 saylı Salyan Seçki Dairəsində dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü olub. Rövşən Cavadovun 1 il əvvəl qəflətən Almaniyaya köçdüyü və hazırda orada yaşadığı bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda həmin ərazi mühafizə olunur. Nazənin Cavadova isə Salyan Rayon Polis Şöbəsinə (RPŞ) aparılıb.

Ana səhifəXəbərlərKeçmiş DSK üzvünün həyətindən kişi meyiti tapılıb