Keçmiş deputatın şikayəti üzrə məhkəmə başladı: 165 minlik ittiham

Sərməs Tağıyevin əmlak almaq adıyla İqbal Ağazadədən pul aldığı bildirilir

Fotonun mənbəyi: İqbal Ağazadənin “Facebook” səhifəsi
İqbal Ağazadə
İqbal Ağazadə


Sərməs Tağıyevin əmlak almaq adıyla İqbal Ağazadədən pul aldığı bildirilir

Bakı Ağır Cinayətlər Məhkəməsində Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadənin 165 min manatını ələ keçirməkdə ittiham olunan Sərməs Tağıyevin məhkəməsi başlayıb. S.Tağıyev kredit götürəcəyini vəd edərək, Abşeron Xırdalanda yerləşən Əmlak Agentliyində işləyib, əmlak alqı-satqısıyla məşğul olub.

Fevralın 18-də hakim Rahib Salmanovun sədrliyilə keçirilən məhkəmənin hazırlıq iclasında iş üzrə zərərçəkmiş qismində tanınan İqbal Ağazadə iştirak etməyib. Hakim bildirib ki, ona məhkəmə barədə xəbər verilib, lakin özü iştirakdan imtina edib.

Bu iş məhkəmə baxışına verilib. Məhkəmə baxışı 25 fevrala təyin olunub.

İttihama əsasən, S.Tağıyev əmlak almaq adıyla İ.Ağazadədən 165 min manat pul alaraq, onu aldadıb.

S.Tağıyevin bundan əvvəl də müxtəlif adamlara ipoteka götürməyə yardım etmək vədiylə onlardan pul alıb aldatdığı, buna görə üzərində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə 8 illik şərti cəza olduğu bildirilir.

Ana səhifəXəbərlərKeçmiş deputatın şikayəti üzrə məhkəmə başladı: 165 minlik ittiham