Keçmiş deputatın oğlu prezidentin köməkçisi oldu

Xalid Əhədov. Mənbə: Banko.az.

Xalid Əhədovun atası vaxtilə Müsavatın Divan üzvü idi

Xalid Əhədov Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib.

Dövlət başçısı İlham Əliyev noyabrın 17-də bununla bağlı sərəncam imzalayıb.

Xalid Əhədov 1980-ci ildə anadan olub. O, 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.

X.Əhədov 2010-2012-ci illərdə Instituto de Empresa (IE) biznes məktəbində təhsili alıb.

O, 2018-ci ildə Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçi təyin olunub.

X.Əhədovun atası Nurəddin Əhədov həkimdir, hazırda “YAŞAM” Tibb Mərkəzinin kardioloqudur.

O, 1995-2005-ci illərdə Müsavat Divanının üzvü və bir müddət partiyanın Nəsimi rayon təşkilatının rəhbəri olub.

Nurəddin Əhədov həmçinin 1990-1995-ci illərdə Milli Məclisin deputatı olub.

Müsavat Partiyasının başqanı Arif Hacılı Meydan TV-yə deyib ki, Nurəddin Əhədov peşə fəaliyyəti ilə əlaqədar son dövrlərdə siyasətlə məşğul deyil.

Ana səhifəXəbərlərKeçmiş deputatın oğlu prezidentin köməkçisi oldu