Yaxınlıqdakı vətəndaşlar Əliməmməd Nuriyevi tərsinə çevrilmiş avtomobildən çıxarıblar
Bakının “Azadliq” meydanında baş verən avtomobil qəzasında keçmiş millət vəkili, Konstitusiya Fondu təşkilatının sədri Əliməmməd Nuriyev ağır xəsarət alıb.
AzPolitika.info-nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, BMV markalı avtomobillə Əliməmməd Nuriyevin idarə etdiyi “Mitsubişi Pajero” markalı avtomobilin toqquşması nəticəsində ikinci avtomobil aşıb. Yaxınlıqdakı vətəndaşlar keçmiş deputatı tərsinə çevrilmiş avtomobildən çıxarıblar.
Ə.Nuriyev başından xəsarət alıb. Onun avtomobili isə tamamilə yararsız vəziyyətə düşüb.