Keçmiş bank işçisinə 10 il həbs verilib

O, vətəndaşları ucuz qiymətə dollar satmaq adı ilə aldatmaqda təqsirləndirilib

Source:


O, vətəndaşları ucuz qiymətə dollar satmaq adı ilə aldatmaqda təqsirləndirilib

Noyabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Zaminbank” ASC-nin xəzinədarı olmuş Eldar Salmasiyə hökm oxunub.

Hakim Rahib Salmanov E. Salmasini 10 il müddətinə azadlıqdan məhrum edib.

İttihama əsasən, “Zaminbank” ASC-də xəzinədar olmuş E. Salmasi vətəndaşları ucuz qiymətə dollar satmaq adı ilə aldadaraq dələduzluq edib. E. Salmasi vəzifəsindən azad edildikdən sonra da bir neçə şəxsə qarşı dələduzluq əməli törədib.

İttihama münasibət bildirən E. Salmasi özünü təqsirli bilməyib və həmin pulları borc adı ilə aldığını deyib.

“Zaminbank” ASC ötən ilin oktyabrında müflis elan olunub.

2015-ci ildə Azərbaycanda iki dəfə devalvasiya baş verib. Nəticədə manat dollara nisbətən iki dəfə dəyər itirib. Sonradan manatın məzənnəsi sabitləşsə də, cəmiyyətdə devalvasiya xofu qalıb. Odur ki, əksər insanlar pullarını dollara çevirib saxlamağa üstünlük verirlər.

Ana səhifəXəbərlərKeçmiş bank işçisinə 10 il həbs verilib