Keçmiş arvadını öldürən şəxs 20 il həbs edilib

”İttiham saxtadır, mən kimsəni öldürməmişəm”

Source:
foto google.az
foto google.az


”İttiham saxtadır, mən kimsəni öldürməmişəm”

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadını öldürməkdə təqsirləndirilən Samir Əliyevə hökm oxunub.

Meydan TV-nin məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə S. Əliyev son sözlə çıxış edib. O, ittihamı saxta adlandırıb:

“Qətl hadisəsini mən törətməmişəm”, – deyib.

Müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən o, 20 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən iclasda dövlət ittihamçısı çıxış edərək S. Əliyevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

2015-ci il iyulun 6-da Bakı-Quba yolunda Bakı sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyevanın meyiti tapılıb. Üç uşaq anası olan 34 yaşlı N. Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib.

Qətli N. Əliyevanın keçmiş həyat yoldaşı, sabiq polis işçisi Samir Səməndər oğlu Əliyevin törətdiyi müəyyənləşib.

S. Əliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham olunub.

Ana səhifəXəbərlərKeçmiş arvadını öldürən şəxs 20 il həbs edilib