Kaya Kallas: “Azərbaycan Avropa İttifaqı üçün önəmli tərəfdaşdır”

Kaya Kallas. Foto: Azərtac

İlham Əliyev Cənub Qaz Dəhlizinin 4 ildir Avropanın qaz təchizatında oynadığı rola toxunub

Aprelin 25-də Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycana gəlib.

Prezident İlham Əliyevlə görüşündə Cənubi Qafqaz regionunda davamlı sabitliyin təmin olunmasına dair fikir mübadiləsi aparılıb.

Əliyev Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində ikitərəfli əsasda addımların atıldığını və müzakirələrin aparıldığını qeyd edib.

Prezident Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu deyib, Cənub Qaz Dəhlizinin 4 ildir Avropanın qaz təchizatında oynadığı əhəmiyyətli rola toxunub.

K.Kallas həmçinin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla da görüşüb, tərəflər birgə mətbuat konfransı da keçiriblər.

C.Bayramov deyib ki, Aİ ilə Azərbaycan arasında son illər ərzində aparılan danışıqlarda məsələlərin 90 faizi üzrə razılıq əldə olunub:

Lakin bu illər ərzində prosesdə müəyyən durğunluq müşahidə olunurdu. Bu gün bu məsələ də müzakirə edildi və razılıq əldə olundu ki, hər iki tərəf praktiki addımlar atacaq”.

O, sazişin daha da zənginləşdirilməsinin mümkün olduğunu ifadə edib.

K.Kallas isə öz növbəsində deyib ki, Aİ Azərbaycanla Ermənistan arasında əlaqələrin gücləndirilməsi, sülh sazişinin dayanıqlı olması və təmin olunmasına yaxından dəstək verir.

Kaya Kallas  Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında deyib ki, Azərbaycan Avropa İttifaqı üçün önəmli tərəfdaşdır.

O, Azərbaycanın Aİ-nin enerji təchizatında böyük rol oynadığını vurğulayıb.

Kaya Kallas Avropa İttifaqının Azərbaycanla əlaqələri yüksək dəyərləndirdiyini və bu münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib.

Ana səhifəSiyasətKaya Kallas: “Azərbaycan Avropa İttifaqı üçün önəmli tərəfdaşdır”