Katrin Eşton və Ştefan Füle Leyla Yunusun həbsini pisləyiblər

“Leyla Yunusun həbsi Azərbaycanda vətəndaş cəmiyyətini hədəfləyən və artmaqda olan məhdudiyyətlərin bir hissədir”

Source:


“Leyla Yunusun həbsi Azərbaycanda vətəndaş cəmiyyətini hədəfləyən və artmaqda olan məhdudiyyətlərin bir hissədir”

Avropa İttifaqının xarici işlər komissarı Katrin Eşton və Avropanın genişlənmə və qonşuluq məsələləri üzrə komissarı Ştefan Füle hüquq müdafiəçisi Leyla Yunusun həbsindən dərin  narahatdırlar.

Bu barədə onların birgə bəyanatında deyilir.

“Avropa İttifaqı Azərbaycanla münasibətlərini dəyərləndirir. Lakin bu münasibətlər Azərbaycan hazırda nazirlərinin komitəsinə sədrlik etdiyi Avropa Şurasına üzvlüyündə öhdəlikləri də daxil olmaqla, öz beynəlxalq öhdəliklərinə hörmət etmədən tam potensialına çata bilməz”.

Hər iki komissarın AB rəhbərlərinin bəyanatında deyilib ki,  Leyla Yunusun həbsi Azərbaycanda vətəndaş cəmiyyətini hədəfləyən və artmaqda olan məhdudiyyətlərin bir hissədir.

L. Yunusun barəsində vətənə xəyanət və başqa 5 ittihamla 3 aylıq həbs qətimkan tədbiri seçilib. Onun həyat yoldaşı Arif Yunusa da oxşar ittihamlar irəli sürülüb. O, səhhətində problemlərə görə polis nəzarətindədir.

Amnesty İnternational  Leyla Yunusu vicdan məhbusu elan edib (Turan İA).

Ana səhifəXəbərlərKatrin Eşton və Ştefan Füle Leyla Yunusun həbsini pisləyiblər