Ölkədə bazar günündən etibarən vəziyyət sakitləşib, lakin Respublika Müdafiəsi Komitəsi (CDR) çərşənbə axşamı Barselonanın mərkəzində başqa bir mitinqə çağırış edib

Mənbə: Foto: arxiv

Başlıq: Ölkədə bazar günündən etibarən vəziyyət sakitləşib, lakin Respublika Müdafiəsi Komitəsi (CDR) çərşənbə axşamı Barselonanın mərkəzində başqa bir mitinqə çağırış edib

Kataloniya özünün müqəddəratını təyin etmək üçün İspaniyanı danışıqlara çağırır

İspaniyanın əsas partiyaları müstəqillik referendumuna çağırışlarını ardıcıl olaraq rədd edir

Kataloniyanın regional hökumət lideri çərşənbə axşamı Madridi bölgənin müqəddaratını təyin etmək üçün danışıqlar aparmağa çağırıb, - “Reuters” xəbər verir.

“Heç kim bu ölkəyə vətəndaşlarının istədiyi şəkildə irəliləməyə davam etməsinə mane olmayacaq ... Biz həmişə Kataloniyada öz müqəddəratını təyinetmə hüququnu müdafiə edəcəyik,” - müstəqillik tərəfdarı Quim Torra mətbuat konfransında qeyd edib.

Kataloniyanın İspaniyadan ayrılmasının tərəfdarları tez-tez “öz müqəddəratını təyin etmə” ifadəsindən istifadə edirlər. Kataloniya yeddi gecə etiraz aksiyalarına şahidlik edib. Bundan öncə isə doqquz katalon separatçı lideri müstəqillik referendumuna təşviq etdiyi üçün məhkum edilib.

Ölkədə bazar günündən etibarən vəziyyət sakitləşib, lakin Respublika Müdafiəsi Komitəsi (CDR) çərşənbə axşamı Barselonanın mərkəzində başqa bir mitinqə çağırış edib.

İspaniyanın əsas partiyaları müstəqillik referendumuna çağırışlarını ardıcıl olaraq rədd edir. Baş nazir vəzifəsini icra edən Pedro Sançes (Sanchez) bazar ertəsi günü Kataloniyaya səfər edib və Torranı bölgədə nizamı bərpa etmək, etirazları yatırtmaq vəzifəsini icra etməməkdə günahlandırıb.

Torra Sançesi çərşənbə axşamı qeyri-şərtsiz dialoqa getməyə çağırıb. O qeyd edib ki, katalon hökuməti bununla öz müqəddaratını təyin edəcək.

Kataloniyadakı etirazlar növbəti ay təkrar parlament seçkilərinə getməli olan Sançes hökuməti üçün təhlükə olub.

Torra deyib ki, Sançesin son dörd gündə onunla görüşməkdən imtina etməsi və telefon danışıqlarına çıxmaması bir nifrət əlamətidir. Amma o deyib ki, Baş nazirlə danışıqlara davam edəcək.

Bütün növ zorakılıqları rədd etdiyini və qınadığını ifadə edən Torra Kataloniyanın parlament komissiyasını iğtişaşlarda zorakılıq tətbiq edən polisin davranışlarını araşdırmağa çağırıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/lfxqf6

Ən çox baxılan