İspaniyanın əsas partiyaları müstəqillik referendumuna çağırışlarını ardıcıl olaraq rədd edir
Kataloniyanın regional hökumət lideri çərşənbə axşamı Madridi bölgənin müqəddaratını təyin etmək üçün danışıqlar aparmağa çağırıb, – “Reuters” xəbər verir.
“Heç kim bu ölkəyə vətəndaşlarının istədiyi şəkildə irəliləməyə davam etməsinə mane olmayacaq … Biz həmişə Kataloniyada öz müqəddəratını təyinetmə hüququnu müdafiə edəcəyik,” – müstəqillik tərəfdarı Quim Torra mətbuat konfransında qeyd edib.
Kataloniyanın İspaniyadan ayrılmasının tərəfdarları tez-tez “öz müqəddəratını təyin etmə” ifadəsindən istifadə edirlər. Kataloniya yeddi gecə etiraz aksiyalarına şahidlik edib. Bundan öncə isə doqquz katalon separatçı lideri müstəqillik referendumuna təşviq etdiyi üçün məhkum edilib.
Ölkədə bazar günündən etibarən vəziyyət sakitləşib, lakin Respublika Müdafiəsi Komitəsi (CDR) çərşənbə axşamı Barselonanın mərkəzində başqa bir mitinqə çağırış edib.
İspaniyanın əsas partiyaları müstəqillik referendumuna çağırışlarını ardıcıl olaraq rədd edir. Baş nazir vəzifəsini icra edən Pedro Sançes (Sanchez) bazar ertəsi günü Kataloniyaya səfər edib və Torranı bölgədə nizamı bərpa etmək, etirazları yatırtmaq vəzifəsini icra etməməkdə günahlandırıb.
Torra Sançesi çərşənbə axşamı qeyri-şərtsiz dialoqa getməyə çağırıb. O qeyd edib ki, katalon hökuməti bununla öz müqəddaratını təyin edəcək.
Kataloniyadakı etirazlar növbəti ay təkrar parlament seçkilərinə getməli olan Sançes hökuməti üçün təhlükə olub.
Torra deyib ki, Sançesin son dörd gündə onunla görüşməkdən imtina etməsi və telefon danışıqlarına çıxmaması bir nifrət əlamətidir. Amma o deyib ki, Baş nazirlə danışıqlara davam edəcək.
Bütün növ zorakılıqları rədd etdiyini və qınadığını ifadə edən Torra Kataloniyanın parlament komissiyasını iğtişaşlarda zorakılıq tətbiq edən polisin davranışlarını araşdırmağa çağırıb.