”Karvan”da çalışanlar aksiya keçirə bilər

Satıcılar yer haqqının azaldılmasını tələb edirlər

Source:
Karvan Ticarət Mərkəzi
Karvan Ticarət Mərkəzi
Karvan Ticarət Mərkəzi
Karvan Ticarət Mərkəzi


Satıcılar yer haqqının azaldılmasını tələb edirlər

Sumqayıtdakı “Karvan” Ticarət Mərkəzinin işçiləri növbəti dəfə aksiya keçirəndən sonra İcra Hakimiyyəti başçısının I müavini F.A.Kərimov və müavini Akif Quliyev olay yerinə gəliblər. Bu barədə Meydan TV-yə ticarətçilər məlumat verib. Onların sözlərinə görə, şikayətçilər icarə haqqının yüksək olmasından narazılıq ediblər:  “İcra Hakimiyyəti nümayəndələri şikayəti dinlədikdən sonra “Karvan”ın rəhbəri Ağamirzə Əhədovu çağırıb, sahibkarların qarşısında dedilər ki, 4 ay hazırki icarə haqlarının 50 faizi ödənilsin. Lakin dünən “Karvan”ın icarə haqlarını yığan İsməli adlı işçi ona sahibkarlar tərəfindən təqdim olunan 50 faizi qəbul etmədi və ən yaxsı halda 30 faiz güzəşt ola biləcəyini dedi. Bundan narazı qalan sahibkarlar icra müavininin tapşırığını xatırlatdılar. Bu halla qarşılaşan İsməli pulları qəbul etməyərək, narazı halda getdi”. Ticarətçi deyir ki, sahibkarlar yenidən icra müavininə şikayət etməyə hazırlaşırlar və əks halda etiraza yenidən başlayacaqlar.

Satıcılar deyir ki, hazırda ticarət mərkəzində yer haqqı müxtəlifdir. Kvadrat metrindən asılı olaraq 150 manatdan  600 manatadək. Meyvə-tərəvəz satanlardan isə gündəlik 15-20 manat ödənilməsi tələb edilir.

Bir neçə il öncə “Karvan”da yanğın baş verəndə Vergilər Nazirliyi bildirmişdi ki, qanunla verginin əllə yığılması qadağandır, hər bir sahibkar vergini bankomat vasitəsilə ödəməlidir. Lakin “Karvan”da bütün ödənişlər hələ də əllə yığılır.

Ana səhifəXəbərlər”Karvan”da çalışanlar aksiya keçirə bilər