22.40. APA-nın hadisə yerindəki əməkdaşının verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirıiyiinin müavini Etibar Mirzəyev bildirib ki, yanğın nəticəsində 47 yaşlı İlqar Vəliyev tüstüdən boğularaq ölüb, 5 nəfər isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. E.Mirzəyev deyib ki, yanğın təxminən 350 kv.m. sahəni əhatə edib. Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.
Yanğın artıq söndürülüb.
——————————————————–
7 yanğınsöndürən maşını və canlı qüvvə cəlb edilib
FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin xilaediciləri ərazidə təhlükəsizlik tədbirləri görürlər.
Ötən ilin oktyabrın 19-da da (prezidentin inaqurasiya günü) “Karvan” Ticarət Mərkəzində yanğın olmuşdu. Yanğın nəticəsində 22 nəfər xəsarət alsa da, ölən yox idi. O zaman Ticarət Mərkəzinin 2 və 3-cü mərtəbələrində 6 min kv. sahə yanmış, yüzlərlə sahibkar milyonlarla manat ziyana düşsə də, mərkəzin direktoru Ağamirzə Əhədov onlara heç bir yardım etmədi. Ağamirzə Əhədov həm də YAP Sumqayıt Təşkilatının Ağsaqqallar Şurasının sədridir.
Ötən ilki yanğından sonra icra başçısı Eldar Əzizov Ticarət Mərkəzini öz nəzarətinə keçirmək üçün bütün vasitələrini işə saldı. Ağamirzə Əhədov nəqliyyat naziri Ziya Məmmədova arxalanaraq müqavimət göstərsə də, mərkəzi tam şəkildə əlində saxlaya bilmədi. Bildirildiyinə görə, o, müəyyən qədər güzəştə getməli oldu.