Karantin rejiminin müddəti yenə uzadıldı

Mənbə: Meydan TV

Yeni qərarla bir sıra məhdudiyyətlər də ləğv edilib

İyunun 20-də Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında” qərar verib.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanın ərazisində xüsusi karantin rejiminin müddəti sentyabrın 1-ə qədər uzadılıb.

Qərarda iyunun 21-dən etibarən xüsusi karantin rejimi ilə bir sıra məhdudiyyətlər ləğv edilib:

“İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması tələbi; Şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı məlumatların “http://icaze.e-gov.az” portalına daxil edilməsi, həmçinin şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə imzalanan iltizamnamə tələbi”.

Koronvirus 2019-cu ilin sonları Çində yaranıb, dünyaya yayıldı.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.8 milyondan çox insanın öldüyü açıqlanıb.

Azərbaycanda isə ən son açıqlanan məlumata görə, ümumilikdə 793 min 015 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 9 min 716 nəfərin vəfat etdiyi bildirilib.

Ana səhifəXəbərlərKarantin rejiminin müddəti yenə uzadıldı