Ölkədə karantin rejimi elan olunan bu günlərdə küçəyə zəruri məsələlərdən ötrü çıxmağa icazə var. Bunlardan ən mühümi də ərzaq alış-verişidir. Bazarlıq üçün çıxanlar ən vacib qidaları aldıqlarını deyirlər. Covid-19 virusu səbəbilə karantin rejimi elan olduğundan iş yerləri də bağlanıb. Növbəti ayın əmək haqqından məhrum olan vətəndaşlar hökumətdən yardım gözləyir.
Yayımlandı: 2 Aprel 2020 17:44