Kapitalist sistemdən kommunizmə şüurlu keçid mümkündürmü? (İkinci yazı)

Həyatda qalma arzusunun növləri

Source:
Nisə Hacıyeva
Nisə Hacıyeva
Nisə Hacıyeva banner
Nisə Bacıyeva banner


Həyatda qalma arzusunun növləri

Əslində elm iki əsas instinkti qeyd edir: həyatda qalma və çoxalma..


1


 Lakin mən çoxalma instinktinin də həyatda qalma instinktini təmin etdiyini vurğulamaq istərdim. Törəyən canlılar ölmədən öncə həyatda özlərindən bir parça saxlmaq istəyirlər. Bu, onlar üçün həyatda daimi qalma anlamı daşıyır. Bütün digər hərəkətlərimizə, davranışlarımıza nəzər salsaq görərik ki, bütün addımlarımız məhz həyatda qalma arzusunu təmin etmək üçün atılır. Bütün mənəvi və fiziki tələbatımız bu instinktimizdən irəli gəlir.

Burada haşiədən kənara çıxıb intiharlara da açıqlıq gətirmək istərdim. Axı, intihar ilk baxışdan paradoksal və insan təbiətinə zidd bir davranışdır. Kamü ekzistensialist fəlsəfəsində intiharlara çox yer ayırıb. O “Sizif haqqında Mif” kitabında həyatın mənasızlığını və absurdluğu izah edərək qeyd edir ki, hətta həyatın mənasız olduğunu qəbul etmiş insanlardan çox azı intihara cəhd edir, çünki vücudun yaşamaq instinkti və alışqanlığı ağıldan daha üstündür.


2


 Lakin buna baxmayaraq yenə də bir çox insan həyatını məhz intiharla bitirir. Onlar həqiqətən öz instinktlərinə qalib gələ biliblər mi? Düşünürəm ki, yox. Çünki intihar da özü özlüyündə bir üsyandır. Və hətta bu üsyan insanı fiziki olaraq yox etsə də, insanın bu davranışı öz qeyri-adiliyi ilə özündən sonra geridə bir iz buraxır. Bu, bir növ ölmədən öncə həyatda qalacaq bir fikir qoymaq kimi bir şeydir. Fikirsə insandan fərqli olaraq ölümsüzdür. Burdan bir nəticəyə gəlmək olar ki, bütün canlıların can atdığı ölümsüzlük fərqli formalarda özünü büruzə verir. Bu, həm törəyərək özündən sonra bir gen bir parça buraxmaq, həm də bir tək insanlara xas olan özündən sonra fikir qoyub getmək formaları da ola bilər. Öləcəyini dərk edən insan özündən sonra ya vücudunun məhsulunu (növbəti nəsili), ya da beyin məhsulunu ( kitab, fikir, sənət və s.) ölümsüzləşdirmək istəyir.


Sonluq

Digər canlı varlıqlar kimi insanlar da həyatda qalmaq üçün bir rəqabətdədirlər. Lakin insan digər canlılardan fərqli olaraq şüurlu olduğu üçün rəqabətdə olduğunun həm də fərqindədir. Buna görə də insan daima bu rəqabətdə hansı yeri tutduğunu bilmək istəyir. İnsanın rəqabətdə tutduğu yeri ona bildirən yeganə indikator iqtidardır (güc).  Bu indikator olmadan insan özünün əsas instinktini nə dərəcədə təmin etdiyindən bixəbər olacaq. Bertrand Russell “İqtidar” kitabında bütün insanların əldə etmk istədiyi şeyin məhz iqtidar olduğunu deyir.


3


 Ondan öncə Marks insanların pul üçün, Freud isə seks üçün yaşadığını deyirdi. Lakin Russell həm pulun, həm seksin məhz iqtidar verdiyini vurğulayır. Rəqabət daima olacaq, çünki insan başqalarından, həmçinin dünənki özündən daha güclü olub həyatda qaldığını anlamaq üçün rəqabətdə olmalıdır.  Pul isə bu rəqabətdə insanın gücünü müəyyən edən ən bəsit indikatordur.  İnsanlar həyatda qaldıqları müddətcə özlərini həm maddi, həm mənəvi və fiziki olaraq təmin edir. Həm pul, həm bilik, həm fiziki güc bizə həm fiziki, həm mənəvi iqtidar verir; eqomuzu doyduraraq bu rəqabətdə yerimizi bildirir. Hətta altruizm özlüyündə bir eqo təminidir. Yaxşılıq edərək insan özünə daha yaxşı insan olduğunu sübut edir və bununla da başqa növ bir iqtidar qazanır.  Kommunizm maddiyatı ziyanlı bir şey kimi təqdim etsə də qəbul etməliyik ki, maddiyat sadəcə rəqabətdə iqtidar qazanmaq üçün bir vasitədir. Maddi rəqabətə girə bilməyən insanlar bilik, fiziki güc rəqabətinə girir ki, iqtidarı əldə etsin. Buna ən gözəl misal həbsxanalar ola bilər. İnsanlar orada güc üzərindən rəqabətə çıxır və hər şeydən məhrum olub, böyük bir gücün altında olsalar belə, yenə də hər bir məhbus digər məhbuslardan daha güclü olmağa çalışır.  Digər bir misal, SSSR dövründə yaranan həm müsbət həm mənfi hallar da ola bilər. O dövrdə yaranan “qanuni oğrular” (воры в законе), və ya evlərindəki kitabxanalarla rəqabətə girən insanlar göstərir ki, maddiyat olmadığı zamanlar insanlar iqtidara sahib olmaq üçün rəqabətdə yerini müəyyən etmək üçün başqa vasitələrə əl atırlar.  Müsbət vasitələrlə (bilik, kitab, elm, altruizm) rəqabətə  girmək nə qədər gözəl səslənsə də yenə bu rəqabətdə gücsüzlər güclülərdən daha bədbəxt olacaq. Kommunizm “ədalətsizlik” və “qeyri-bərabərlik” anlayışlarına məhz maddi məna verir. Lakin biz bir insanın kasıb olmasının niyə ədalətsiz olduğunu insan hisslərinə baş vurmadan, ən əsası isə rəqabət çərçivəsindən anlaya bilmərik. Biz var olan rəqabətdə maddiyatın vasitə olaraq verdiyi gücü müəyyənləşdirib, hər hansı bir hala “ədalətsiz” deyirik. Halbuki “ədalətsizlik” bu rəqabətdə gücsüzün bədbəxtliyidir. Kommunizm maddi rəqabəti aradan qaldırsa da, ümumi rəqabəti yox edə bilməz.  Yəni komunizm ədalətsizliyi və bədbəxtliyi aradan qaldırmağa qadir  deyil, sadəcə rəqabətdə gücü əldə etmək üçün vasitələri dəyişə bilər. Amma  rəqabətin varlığı daimi ədalətsizliyi var etsə də, həmçinin təkamülü və inkişafı da var edir. Rəqabət olmasa şüurun təkamülü də olmaz və nəticədə mənfi ilə bərabər müsbət adlandırdığımız nəsnələr də inkişaf etməz və biz inkişaf etmərik.



1


Amanda Spink, Information Behavior: An Evolutionary Instinct, Springer, 2010,  p.29



2


Albert Camus, The Myth of Sisyphus and Other Essays, Vintage, 1991 (1942)



3


Bertrand Russell, Power, W.W. Norton & Company , 1969

Ana səhifəMənim FikrimcəKapitalist sistemdən kommunizmə şüurlu keçid mümkündürmü? (İkinci yazı)