Kanalizasiya qapağı Bakıda ”Formula 1” yarışlarını dayandırıb (yenilənib)

Belə ki, “Williams” komandasının üzvü Corc Rassel yürüş zamanı idarə etdiyi bolidlə kanalizasiya qapağına toxunub və nəticədə qapaq bolidi zədələyib.

Source: meydan tv

***


15.44. Bakıda keçirilən “Formula 1” çərçivəsində yoxlama yürüşləri bərpa edilib.


Bakı Şəhər Halqası (BŞH) “Formula-1” üzrə Azərbaycan Qran-prisində baş verən qəza ilə bağlı açıqlamasında bildirib ki, əvvəlcədən görülmüş bütün təhlükəsizlik və nizamlayıcı tədbirlərə baxmayaraq, sözügedən hadisənin yaranmasına əsas səbəb lyuk altlığında üstdən görünməyəcək şəkildə nasazlığın olmasıdır.


Təşkilatçılar bildiriblər ki, trekdə olan 300-dən çox lyuk təkrar yoxlanılıb.

***


Mütəxəssislər trassa boyu kanalizasiya qapaqlarını yoxlayırlar

Bakıda aprelin 26-da “Formula 1” yarışması çərçivəsində sərbəst yürüşlər zamanı qeyri-adi qəza yürüşlərin dayandırılmasına səbəb olub.

Belə ki, “Williams” komandasının üzvü Corc Rassel yürüş zamanı idarə etdiyi bolidlə kanalizasiya qapağına toxunub və nəticədə qapaq bolidi zədələyib.

Yarışmanın təşkilatçılarının yaydığı məlumata görə, bolid trassadan evakuasiya edilib, lakin sərbəst yürüşlər bərpa edilməyib. Belə ki, təşkilatçılar trassa boyu bütün kanalizasiya qapaqlarını yoxlamaq istəyirlər.

Aprelin 27-də yarışların kvalifikasiya yürüşləri, aprelin 28-də isə əsas yarış planlaşdırılır.

Ana səhifəXəbərlərKanalizasiya qapağı Bakıda ”Formula 1” yarışlarını dayandırıb (yenilənib)