”Kanal13-ün” şikayəti təmin olunmadı

”Kanalın bütün avadanlıqları istintaq tərəfindən götürülüb”

Source:


”Kanalın bütün avadanlıqları istintaq tərəfindən götürülüb”

Mayın 14-də Bakı Apelyasiya Məhkəməsində ”Kanal13”-ün Nərimanov rayonunda yerləşən ofisində axtarışla bağlı yerli məhkəmənin 2 iyun tarixli qərarından şikayətə baxılıb.

Məhkəmə qərarı qüvvədə saxlayıb.

Bu barədə vəkil Cavad Cavadov “Facebook” səhifəsində yazıb. Bildirib ki, məhkəmə qərarıyla aparılan istintaq hərəkəti nəticəsində faktiki kanalın fəaliyyəti dayanıb:

“Çünki bütün avadanlıqlar istintaq tərəfindən götürülüb”.

“Kanal-13”-ün rəhbəri

Əziz Orucov

(Qaraşoğlu) haqda Cinayət Məcəlləsinin 192.2  (qanunsuz sahibkarlıq və külli miqdarda gəlir əldə etmə) və 308.2 (vəzifə saxtakarlığı ağır nəticələrinə səbəb olması) maddələri ilə cinayət işi açılıb.

O, mayın 2-də 30 sutka həbs cəzası almışdı, iyunun 1-də azadlığa çıxmalı idi. Həmin gün Əziz Orucov ilə birlikdə onun həyat yoldaşı, televiziyanın redaktoru Lamiyə Çarpanova da saxlanıb. Bir saat sonra o sərbəst buraxılıb. Əziz Orucov isə Nəsimi rayon Məhkəməsinə aparılıb.

O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə ittiham olunur.

Ana səhifəXəbərlər”Kanal13-ün” şikayəti təmin olunmadı