”Kanal 13”ün rəhbəri 30 sutka azadlıqdan məhrum edildi

Əziz Qaraşoğlunu polisə müqavimət göstərməkdə suçlayırlar

Source:


Əziz Qaraşoğlunu


 polisə müqavimət göstərməkdə suçlayırlar

Mayın 2-də səhər saatlarında “Kanal 13” internet televiziyasının Bakı bürosunun rəhbəri Əziz Qaraşoğlu saxlanılıb. “Kanal 13” TV-nin rəhbəri Anar Orucovun yaydığı məlumata görə, Əziz Qaraşoğlu ilə birlikdə onun həyat yoldaşı, televiziyanın redaktoru Lamiyə Çarpanova da saxlanıb. Ancaq bir saat sonra Lamiyə xanım sərbəst buraxılıb. Əziz Qaraşoğlu isə Nəsimi rayon Məhkəməsinə aparılıb.

Meydan TV-yə məlumat verən vəkili Elçin Sadıqov bildirib ki, Əziz Qaraşoğlu İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə ittiham olunub.

“Onu polisə müqavimət göstərməkdə suçlayırlar. Guya Əziz Qaraşoğlu 2015-ci ildən axtarışda olan Faiq Cabbarov adlı şəxsə xarici görünüşü oxşar olduğundan polisə aparılıb. Ancaq həmin şəxsin şəklini bizə göstərdilər, o, heç də Əziz Qaraşoğluna oxşamırdı. Bu da onu göstərir ki, iş quramadır. Biz apelyasiya şikayətimizdə bütün bunları qeyd edəcəyik”.

Vəkil Əziz Qaraşoğlunun özünü təqsirli saymadığını söyləyib:

“Əsas məqsəd Faiq Cabbarovun adından istifadə edib onu saxlamaq idi. Çünki onun axtarılan şəxs olmadığı məlum olduqda azadlığa buraxılmalı idi. Bu olay ifadə azadlığına basqıdır”.

“Kanal 13” internet televiziyası 2010-cu ildən fəaliyyət göstərir. Kanalın təsisçisi Anar Orucov Almaniyada yaşayır.

Ana səhifəXəbərlər”Kanal 13”ün rəhbəri 30 sutka azadlıqdan məhrum edildi