”Kanal 13”-ün əməkdaşları saxlanıldı (Yenilənir)

Jurnalistlər polis bölməsinə aparılır

Source:

Jurnalistlərin hər ikisi sərbəst buraxılıb

_____________

Dekabrın 24-də axşam saatlarında “Kanal13”-ün əməkdaşı Qurban Məmmədli başqa bir jurnalist həmkarıyla birgə dolların qalxması ilə bağlı prank çəkən zaman polis əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Meydan TV-yə Qurban Məmmədlinin özü məlumat verib. Onun sözlərinə görə, jurnalist vəsiqələri əllərindən alınıb, hazırda  39-cu polis bölməsinə aparılırlar.  Prankın adı belədir: “Dollar dilənirəm, manat qəbul edilmir”.

Ana səhifəXəbərlər”Kanal 13”-ün əməkdaşları saxlanıldı (Yenilənir)