Mənbə: Google

Kanadanın Baş naziri: İran səhvən Ukrayna Hava Yollarının təyyarəsini vurub

Məqalə yeniləndi:  10 Yanvar 2020

İran hökuməti: “Bu fırıldaqçılıqdır”

Kanadanın Baş naziri Castin Trüdo Ukrayna Hava Yollarına məxsus “Boeing 737-800” təyyarəsinin Tehranda qəzaya uğramasında İranı ittiham edib.

Qəza yanvarın 8-də baş verib. Hadisə nəticəsində 167 sərnişin və doqquz nəfər ekipaj üzvünün hamısı ölüb. Həlak olanlar Ukrayna, İran, Kanada, İsveç, Əfqanıstan, Almaniya və Böyük Britaniya vətəndaşlarıdır.

“BBC”-nin məlumatına görə, Castin Trüdo bildirib ki, Kanada kəşfiyyatının məlumatları İranın təyyarəni səhvən vurmasını deyir.

“Kanada suallara cavablar tələb edir. Bu cavablar alınmayana qədər Kanada hökuməti sakitləşməyəcək”, - Baş nazir deyib.

Analoji bəyanatla Böyük Britaniyanın Baş naziri Boris Conson çıxış edib.

O da İran tərəfinin səhvən təyyarəni raketlə vurduğunu deyib.

ABŞ mediası da hərbi və kəşfiyyatda olan mənbələrinə istinadən təyyarənin vurulması versiyasını qabardırlar.

“CBS” telekanalı kəşfiyyata istinadən bildirib ki, radarlar iki raket buraxılışını əks etdirən infraqırmızı izləri və ardınca partlayış qeydə alıblar.

“Newsweek” nəşri bildirir ki, təyyarə Rusiyanın istehsalı olan “Tor” raketi ilə vurulub.

Rusiyanın “İnterfax” agentliyinin məlumatına görə, İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabey ittihamları “böyük yalan və fırıldaqçılıq” adlandırıb.

“Bunun fırıldaqçılıq olduğu üzə çıxdıqdan sonra heç kim cürət edib belə yalanları danışmayacaq. Bu, ABŞ hökumətinin psixoloji əməliyyatıdır”, - Əli Rabey deyib.

Bundan başqa, İran ABŞ, Kanada, Ukrayna və “Boeing” şirkətinin nümayəndələrini qəzanı birgə araşdırmağa dəvət edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  10 Yanvar 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/5cnq5s

Ən çox baxılan