Kanadanın Baş naziri: İran səhvən Ukrayna Hava Yollarının təyyarəsini vurub

İran hökuməti: “Bu fırıldaqçılıqdır”

Source: A


İran hökuməti: “Bu fırıldaqçılıqdır”

Kanadanın Baş naziri Castin Trüdo Ukrayna Hava Yollarına məxsus “Boeing 737-800” təyyarəsinin Tehranda qəzaya uğramasında İranı ittiham edib.

Qəza yanvarın 8-də baş verib. Hadisə nəticəsində 167 sərnişin və doqquz nəfər ekipaj üzvünün hamısı ölüb. Həlak olanlar Ukrayna, İran, Kanada, İsveç, Əfqanıstan, Almaniya və Böyük Britaniya vətəndaşlarıdır.

“BBC”-nin məlumatına görə, Castin Trüdo bildirib ki, Kanada kəşfiyyatının məlumatları İranın təyyarəni səhvən vurmasını

deyir.

“Kanada suallara cavablar tələb edir. Bu cavablar alınmayana qədər Kanada hökuməti sakitləşməyəcək”, – Baş nazir deyib.

Analoji bəyanatla Böyük Britaniyanın Baş naziri Boris Conson çıxış edib.

O da İran tərəfinin səhvən təyyarəni raketlə vurduğunu deyib.

ABŞ mediası da hərbi və kəşfiyyatda olan mənbələrinə istinadən təyyarənin vurulması versiyasını qabardırlar.

“CBS” telekanalı kəşfiyyata istinadən bildirib ki, radarlar iki raket buraxılışını əks etdirən infraqırmızı izləri və ardınca partlayış qeydə alıblar.

“Newsweek” nəşri bildirir ki, təyyarə Rusiyanın istehsalı olan “Tor” raketi ilə vurulub.

Rusiyanın “İnterfax” agentliyinin məlumatına görə, İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabey ittihamları “böyük yalan və fırıldaqçılıq”

adlandırıb

.

“Bunun fırıldaqçılıq olduğu üzə çıxdıqdan sonra heç kim cürət edib belə yalanları danışmayacaq. Bu, ABŞ hökumətinin psixoloji əməliyyatıdır”, – Əli Rabey deyib.

Bundan başqa, İran ABŞ, Kanada, Ukrayna və “Boeing” şirkətinin nümayəndələrini qəzanı birgə araşdırmağa dəvət edib.

Ana səhifəDünyaKanadanın Baş naziri: İran səhvən Ukrayna Hava Yollarının təyyarəsini vurub