Kanada universitetində rep tədris olunacaq

Kanadalı hip-hop sənətçilərin yaradıcılığını bakalavr pilləsində olan tələbələr öyrənəcək.

Source: Specify Source


Kurs 2022-ci ilin yanvarında bakalavr pilləsində faəliyyətə başlayacaq

Kanadanın Ryerson universitetində Toronto əsilli musiqiçilər – Drake (Obri Dreyk Qrem) və The Weeknd (Eybel Makkonen Tesfaye) repçilərin yaradıcılığı tədris olunacaq.

“Drake və The Weeknd yaradıcılığının dekonstruksiyası” adlanacaq kurs 2022-ci ilin yanvarında fəaliyyətə

başlayacaq

.

Kanadalı hip-hop sənətçilərin yaradıcılığını bakalavr pilləsində olan tələbələr öyrənəcək.

“Bizim kanadalı repçiləri və R&B (Amerika qaradərili musiqiçilərin caz və rep musiqisindən yaratdıqları janr-red) musiqiçilərini kanonlaşdırmağın vaxtı çatıb”, – universitetin professoru Dalton Hiqqins bu qənaətdədir.

The Weeknd “Billboard Music Awards” 2021-in on nominasiyası üzrə mükafatlandırılıb.

Həmçinin “İlin ən yaxşı musiqiçisi” olub.

Ana səhifəMədəniyyətKanada universitetində rep tədris olunacaq