Kamaləddin Heydərov: “Bu materialla üzlənmiş 263 bina var”

“Yanğınsöndürənlərin iştirakı ilə artıq 150 binaya nəzarət təşkil olunub”

Source:


“Yanğınsöndürənlərin iştirakı ilə artıq 150 binaya nəzarət təşkil olunub”

Azərbaycanda poliuretan üzlük materialları ilə 263 bina var. Bu açıqlamanı fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakıda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının Azərbaycan prezidentinin rəhbərliyi ilə keçirilən ilk iclasında səsləndirib.

K.Heydərov ölkə başçısına bildirib ki, aprelin 10-da Xətai rayonundakı binada baş verən yanğın hadisəsindən sonra ona verilən tapşırıqla araşdırmalar aparılıb:

“Mənə verdiyiniz tapşırıqdan sonra biz bu materialla üzlənmiş bütün binaları (ona qədər də əlimizdə materiallar, məlumatlar var idi) araşdırmışıq. Şəhərin əksər yerlərində 24 saatlıq növbətçilik qurmuşuq. Mülki Müdafiə Qoşunlarının, Xüsusi Riskli Xilasetmə Dəstəsinin, Yanğın Nəzarəti Xidməti əməkdaşlarının və yanğınsöndürənlərin iştirakı ilə artıq 150 binaya nəzarət təşkil olunub. Ölkədə isə bu qəbildən olan 263 bina var. Biz 263 binadakı üzlüklər sökülənə qədər orada nəzarəti təmin edə, əraziyə yanğınsöndürən maşınlar da yerləşdirə bilərik”.

Ana səhifəXəbərlərKamaləddin Heydərov: “Bu materialla üzlənmiş 263 bina var”