Kadırovun vəziyyəti haqda məlumat verilmir

Bundan əvvəl Çeçenistan regional hakimiyyətinin nəzarətində olan “Grozny TV”-nin rəhbəri Kadırovun Çeçenistan liderinin xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərləri təkzib etməyib.

Foto: sosial şəbəkə


Çeçenistan liderinin Moskvaya aparıldığı deyilir

Çeçenistan və Rusiya rəsmiləri çeçen lider Ramzan Kadırovun vəziyyəti və harada olduğu haqda məlumat paylaşmırlar.

RFE/RL xəbər verir ki, bir gün öncə onun koronavirusa tutulma ehtimalı ilə Moskvada xəstəxanaya yerləşdirildiyi bildirilib.

Təsdiqlənərsə Kadırov Rusiyada virusa yoluxmuş yüksək səviyyəli rəsmilər siyahısına daxil olacaq. Bundan öncə Baş nazir Mixail Mişustin və Kremlin sözcüsü Dmitri Peskov bu ölümcül xəstəliyə tutulmuşdu.

“İnterfaks” və RİA-Novosti xəbər verir ki, mayın 21-də adının açıqlanmasını istəməyən tibb işçisi 43 yaşlı çeçen liderinin tibbi nəzarət altında Moskvaya aparıldığını deyib.

“Telegram” kanalı “Baza” xəbər verir ki, Kadırov kəskin respirator çatışmazlıq diaqnozuyla mayın 21-də “Moskvada ən yaxşı klinikalardan birinə” yerləşdirilib.

Bundan əvvəl Çeçenistan regional hakimiyyətinin nəzarətində olan “Grozny TV”-nin rəhbəri Kadırovun Çeçenistan liderinin xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərləri təkzib etməyib.

Kadırov “vəziyyəti şəxsən özü idarə edir. Bütün lazımi tədbirləri görür. Qərargahın işi onun şəxsi nəzarətindədir”,- Əhməd Dudayev “İnstaqram” hesabında yerləşdirdiyi videoda deyib.

Mayın 21-nə olan məlumata görə, Çeçenistanda rəsmi olaraq 1.046 təsdiqlənmiş koronavirusa yoluxma hadisəsi qeydə alınıb. 11 nəfərin xəstəlikdən öldüyü bildirilir.

Bu yaxınlarda Kadırov regional tibb işçilərinin infeksiyadan qorunması üçün maskaların çatışmaması ilə bağlı tənqidlərə sərt reaksiya vermişdi.

Ana səhifəDünyaKadırovun vəziyyəti haqda məlumat verilmir