Kadırov Tramp və Merkeli həbslə hədələyib

”Əgər onlar respublikamıza gəlsələr, biz dərhal onları tutacağıq”

Source: Архив

Ramzan Kadırov
Ramzan Kadırov


”Əgər onlar respublikamıza gəlsələr, biz dərhal onları tutacağıq”


Çeçenistanın başçısı Ramzan Kadırov

bildirib

ki, Donald Tramp, Angela Merkel və digər Qərb səlahiyyətlilərinə qarşı uzun müddət əvvəl cavab sanksiyaları tətbiq edib.

“Əgər onlar respublikamıza gəlsələr, biz dərhal onları tutacağıq. Burada hesabları varsa, dərhal bloklayacağıq”, – o, “Rossiya 24” telekanalının efirində belə deyib.



Suriyaya sanksiyalar

Kadırov həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar BMT Daimi Nümayəndəsi Nikki Haley tərəfindən dilə gətirilmiş Suriya üzrə antirusiya sanksiyaları siyahısına o da daxil edilməlidir.

“Mən orada (yeni sanksiya siyahısında – red.) olmayacamsa, bu sanksiyaları əsassız hesab edəcəm. Mən orada olmalıyam, çünki özümü xalqın qoruyucusu hesab edirəm. Mən Suriyada da, İraqda da olmağa hazıram – fərqi yoxdur. Əgər mən o sanksiyalarda olmasam, hesab edirəm ki, bu, sırf siyasi baxımdan səhv olar”, – o, izah edib.

Aprel ayının ortalarında Hayley Suriya lideri Bəşər Əsədə dəstək olduğuna görə Moskvaya qarşı ABŞ-ın yeni sanksiyalar tətbiq edəcəyi haqda danışmışdı. Lakin daha sonra ABŞ rəsmiləri qeyd etmişdilər ki, yaxın gələcəkdə bu, baş verməyəcək.

Maqnitski siyahısı

Bununla belə, Kadırov artıq ABŞ sanksiyaları ilə üzləşib. 2017-ci ilin dekabrında Vaşinqton onu “Maqnitski siyahısına” salıb. O, “insan hüquqlarının pozulması” arqumenti ilə sanksiyalar altına düşüb. Mart ayının sonunda Estoniya da eyni səbəbdən Kadırova ölkəyə giriş qadağası qoyub.

Çeçenistanın başçısı Vaşinqtonun qərarını onun terrorla mübarizəyə sadiq qalması üçün bağışlana bilməyəcəyi ilə, Tallinin qərarını isə “amerikalılara saxta sadiqlik” ilə açıqlayıb.

ABŞ “Maqnitski qanunu”nu 2012-ci ilin dekabrında qəbul edib. O, ABŞ səlahiyyətlilərinin fikrincə, insan hüquqlarının pozulmasına cəlb olan ruslara qarşı sanksiyalar təklif edir. Moskva, öz növbəsində, dəfələrlə “Maqnitski işi”nin siyasiləşməsinin yolverilməzliyini bəyan edib.

Ana səhifəXəbərlərKadırov Tramp və Merkeli həbslə hədələyib