Yeni nazir müavininin 21 yaşı var
Çeçenistanın avtoritar lideri Ramzan Kadırov böyük qızını Mədəniyyət nazirinin birinci müavini təyin edib, – RFE/RL xəbər verir.
Kadırov 21 yaşlı qızının vəzifəyə təyin olunmasını 1 sentyabrda “Telegram”dan elan edərək, bu addımını “qətiyyətli qərar” adlandırıb.
“Gənc olmasına baxmayaraq, o, mədəniyyətlə əlaqəli layihələr də daxil olmaqla bir çox mürəkkəb və böyük layihələri idarə etməkdə zəngin təcrübəyə sahibdir”,- Kadırov qızına işarə edərək deyib.
Aişat Kadırova kolleksiyalarını Paris, Dubay, Moskva və Qroznıda təqdim edən “Firdevs” moda salonunu idarə edir.
İyul ayında ABŞ Dövlət Departamenti işgəncə və məhkəmədən kənar edam da daxil olmaqla bölgədəki insan haqları pozuntularına görə Kadırova qarşı yeni sanksiyalar tətbiq edib. Yeni sanksiyalar Aişat Kadırova, bacısı Karina və anası Medni Kadırovanı da hədəfə alıb.