Çeçenistan rəhbəri Ramzan Kadırov Dövlət Dumasının deputatı Adam Delimxanovun sağ olduğunu və xəsarət almadığını deyir.
Bu barədə R.Kadırov “Teleqram” kanalında yazıb.
“Xahiş edirəm ki, harada vurulduğuna dair dəqiq məlumat versinlər”
Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanovun Ukraynada yaralandığı bildirilir.
Ukrayna mətbuatı xüsusi əməliyyat zamanı Adam Delimxanovun kortejinin Zaporojye vilayətində vurulduğu barədə məlumat yayıb.
“Zvezda” telekanalı isə Dövlət Dumasının mətbuat xidmətinə istinadən xəbər verib ki, Adam Delimxanov yaralıdır: “Çeçenistandan olan deputat yaralanıb, sağdır”.
Çeçenistan rəhbəri Ramzan Kadırov Adam Delimxanovla əlaqə saxlaya bilmədiyini açıqlayıb.
Bu barədə Kadırov “Telegram” kanalında yazıb.
“Mən Adam Delimxanovla heç bir şəkildə əlaqə saxlaya bilmirəm. O, əlaqə saxlamır. Mən Ukrayna kəşfiyyatından xahiş edirəm ki, harada, hansı mövqelərdə vurulduğuna dair dəqiq məlumat versinlər. Məlumat versinlər ki, əziz qardaşımı tapa bilim”, – deyə Kadırov əlavə edib.
R. Kadırov Ukrayna kəşfiyyatına yardıma görə mükafat da vəd edib.