Ümumilikdə 29 nəfər həlak olub
Əfqanıstanın paytaxtı Kabil şəhərində baş verən qoşa partlayış zamanı 29 nəfər, o cümlədən 8 jurnalist həlak olub.
Məlumatı CNN
yayıb
.
Azadlıq Radiosu
xəbər
verir ki, həlak olanlardan 3-ü onların əməkdaşları olub.
Məlumata görə France-Press agentliyinin Kabildəki baş fotoqrafı Şah Marai də həlak olub.
Partlayışlara görə məsuliyyəti İslam Dövləti (İŞİD) silahlı qruplaşması üzərinə götürüb.
Polis 45 yaralının da yerli xəstəxanalara aparıldığını bildirir. Ölü sayı arta da bilər.
Kabilin mərkəzində, ölkənin kəşfiyyat idarəsi yaxınlığında iki partlayış törədilib.
Rəsmilərin deməsinə görə, motosiklet sürən intiharçı özünü NDS kəşfiyyat xidmətinin binası yaxınlığında partladıb.
İkinci partlayış birincidən 20 dəqiqə sonra törədilib. Özünü jurnalist kimi göstərən intiharçı birinci partlayışı işıqlandıran jurnalistlərin arasına qarışaraq özünü partladıb.