Jurnalistlərin binasında yanğın olub

Mənzili yanan “Xalq qəzeti”nin şöbə müdiridir

Source:


Mənzili yanan “Xalq qəzeti”nin şöbə müdiridir

İyunun 25-də axşam saatlarında jurnalistlərin binasında mənzil yanıb.

Meydan TV-nin hadisə yerində olan əməkdaşının məlumatına görə, yanğın binanın ikinci blokunun 9-cu mərtəbəsində, 117-ci mənzildə baş verib.

Evin sahibi “Xalq qəzeti”nin hüquq şöbəsinin müdiridir. Mənzil sahibi özü və yanğının hansı səbəbdən baş verməsi haqqında məlumat vermək istəməyib. Qonşuların verdiyi xəbərə görə, yanğın tez söndürüldüyündən ciddi ziyan dəyməyib, yalnız paltarlar yanıb. Yanğının başvermə səbəbinin araşdırıldığı bildirilib.

Bina Bibiheybət qəsəbəsində yerləşir, 2013-cü ildə istifadəyə verilib.

Ana səhifəXəbərlərJurnalistlərin binasında yanğın olub