Jurnalistləri Müdafiə Komitəsi: Məhəmməd Mirzəlini dilini kəsməklə hədələyiblər

“Blogerə qarşı hücumu araşdırmalı, təqsirkarları tapmalı və məhkəməyə verməlidir”

Foto: Məhəmməd Mirzəlinin şəxsi arxivindən


“Blogerə qarşı hücumu araşdırmalı, təqsirkarları tapmalı və məhkəməyə verməlidir”

Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi rəsmi Bakını martın 14-də azərbaycanlı mühacir, bloger Məhəmməd Mirzəliyə edilmiş hücumu araşdırmağa çağırıb. Xəbəri “Turan” yayıb.

Bildirilir ki, bloger bir qrup şəxsin hücumuna məruz qalıb: “Onlar Mirzəliyə çoxsaylı bıçaq xəsarətləri yetiriblər və dilini kəsməklə hədələyiblər”.

“Fransa hakimiyyəti azərbaycanlı siyasi mühacir və blogerə qarşı hücumu araşdırmalı, təqsirkarları tapmalı və məhkəməyə verməlidir”, – deyə Jurnalistləri Müdafiə Komitəsinin bəyanatında deyilir.

Komitə bildirib ki, Mirzəliyə qarşı əvvəllər də sui-qəsdlər olub: “Onu hədələyir, Azərbaycan rəhbərliyinin tənqidinə son qoymağı tələb edirdilər. Nəhayət, bu ay onu bacısının intim videosu ilə şantaj ediblər”.

Bəyanatda qeyd olunur ki, 2018-ci ildə polis onun atasını və bacısının ərini saxlayıb, onlardan Mirzəlini hakimiyyətin tənqidinə son qoymağa məcbur etməyi tələb edib.

Ana səhifəXəbərlərJurnalistləri Müdafiə Komitəsi: Məhəmməd Mirzəlini dilini kəsməklə hədələyiblər