Təşkilat Azərbaycanın Avropada ən çox həbs olunan ölkəyə çevrildiyini hesab edir
Baş ofisi Nyu-Yorkda yerləşən Jurnalistlərin Müdafiə Komitəsi (JMK) “Zerkalo” qəzetinin icmalçısı, tanınmış jurnalist Rauf Mirqədirovun həbsi ilə bağlı bəyanat yayıb.
JMK bildirir ki, jurnalist tez-tez öz şərhlərində Türkiyə və Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasına görə tənqid edib: “Ayna-Zerkalo” qəzetində verilən məlumata görə, Raif Mirqədirov qeyri-hökumət layihələri çərçivəsində 1990-cı illərdən diplomatik əlaqələrin kəsildiyi Azərbaycan-Ermənistan arasındakı dialoqlarda iştirak edib. Rauf Mirqədirov Azərbaycanda həbs olunan 9-cu jurnalistdir. Ancaq nəzərə alın ki, bu ölkə may ayında rotasiya qaydasında Avropa Şurasına rəhbərlik edəcək”.
JMK-nın Orta Asiya üzrə koordinator Nina Ognianova Azərbaycan hakimiyyətini jurnalistə qarşı təzyiqlərə son qoymağa çağırıb: “Azərbaycan getdikcə Avropada jurnalistləri daha çox həbs edən ölkəyə çevrilir”.