Jurnalistlər Zərdabi mükafatı ilə təltif ediliblər

Mükafatçılar arasında Arifə Kazımova, Aynur Elgünəş və digər tanınmış həmkarlarımız da var

Source:

Mükafatçılar arasında Arifə Kazımova, Aynur Elgünəş və digər tanınmış həmkarlarımız da var

Azərbaycan mətbuatının iyulun 22-də qeyd olunan 139 illiyi ilə əlaqədar Azərbaycan Jurnalistlər İttifaqı 8 jurnalisti çap və elektron KİV-lərin inkişafına verdiyi töhfəyə görə Həsən bəy Zərdabi adına fəxri fərmanla təltif edilib.

Jurnalistlər İttifaqının sədri Elçin Şıxlinski “Xalq qəzeti”nin akt zalında keçirilən mərasimdə çıxış edərkən fərmanla təltif edilənlərin hər birinin töhfəsini qeyd edib.

2014-cü il mükafat laureatları aşağıdakılar oldu:

1. Arifə Kazımova. “Azadlıq” radiosunun müxbiri (beynəlxalq mövzuda materiallara görə),

2. Bəkir Məmmədov. “Mediaforum” saytının müxbiri (sosial-iqtisadi mövzuda məqalələrinə görə),

3. Aynur Elgünəş. “Azadlıq” qəzetinin müxbiri (sosial-iqtisadi mövzuda məqalələrinə görə),

4. Baba Mirzəxanlı. “Şəki” qəzetinin redaktoru (regional mətbuatın inkişafına görə),

5. Təranə Məmmədova. AzTV (sənədli müəllif filmlərinə görə),

6. Həsən Həsənov. “Xalq qəzeti”nin baş redaktoru (ölkənin ictimai-siyasi həyatının işıqlandırılmasına görə),

7. Famil İsmayılov. BBC (medianın inkişafına verdiyi töhfəyə görə),

8. Nəcibə Bağırzadə. Müstəqil jurnalist (publisistik məqalələrinə görə).

Azərbaycanın ilk qəzeti olan “Əkinçi”nin banisi Həsən bəy Zərdabi adına mükafat 22 iyul 1991-ci ildən – Milli Mətbuat Günü təsis edildiyi gündən etibarən verilir. “Əkinçi”nin ilk sayı 22 iyul 1875-ci ildə işıq üzü görüb (Turan İA).

Ana səhifəXəbərlərJurnalistlər Zərdabi mükafatı ilə təltif ediliblər