Jurnalistlər “Qasid”-in qarşısında aksiya keçirdilər (FOTOLAR)

Rahim Hacıyev firmanın qəzetə 40 min yox, 68.371 min manat borcu olduğunu dedi, Mirkazım Kazımov da onunla razılaşdı

Source:


Rahim Hacıyev firmanın qəzetə 40 min yox, 68.371 min manat borcu olduğunu deyir

Mayın 5-də “Azadlıq” qəzetinin kollektivi “Qasid” firmasının qarşısında aksiya keçirib. Qəzetin rəhbərliyi maliyyə problemi ilə üzləşməsinin əsas səbəblərdən birini “Qasid” firmasının qəzetə olan borcunu ödəməməsində görür. Firmanın rəhbəri, deputat Mirkazım Kazımov da mətbuata qəzetə 40 min manat borclu olduqlarını etiraf edib.Ancaq aksiyada çıxış edən qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev “Qasid”in qəzetə 40 min manat yox, 68.371 manat borcu olduğunu dedi. Onun sözlərinə görə, ”Qasid” firmasının rəhbəri bu tipli açıqlamalarda borcun az olmasını sübut etməyə çalışır: “Halbuki, firmanın 2013-cü il oktyabr ayında bizə təqdim etdiyi sənəddə qəzetə borclarının 50.644 manat olduğu göstərilir. Ötən dövr ərzində əlimizdə olan sənədlər “Qasid”in bizə borcunun 68.371 manat olduğunu göstərir. Başqa bir maraqlı cəhət ondan ibarətdir ki, firmanın rəhbərliyi borcun tam həcmdə ödənilməsi ilə bağlı vədlər verdiyi vaxtda, borc məbləği daim artır. Onlar bizə qəzetimizin satılmış nüsxələrinin pullarını yox, vədlər verməyə üstünlük verirlər”.

Aksiyaçıların qarşısına çıxan firmanın direktoru Mirkazım Kazımov baş redaktorun birinci müavini Rahim Hacıyevin dedikləri ilə razılaşdı. Firma direktoru borcun ödəniləcəyini və heç bir mətbu orqana borclarının qalmayacağını deyib

Rahim Hacıyev isə son 2 ay ərzində əməkdaşlara maaş verilmədiyini də söylədi.

Ana səhifəXəbərlərJurnalistlər “Qasid”-in qarşısında aksiya keçirdilər (FOTOLAR)