Jurnalistlər ”Həkimlər cəzalandırılsın” şüarı ilə aksiya keçiriblər (VİDEO)

Yanvarın 12-də ötən il avqustun 8-də döyüldükdən sonra xəstəxananda ölən jurnalist Rasim Əliyevin cinayət işi ilə bağlı keçirilən məhkəmədə jurnalislər aksiya keçiriblər.

Jurnalistlər Rasim Əliyevin işində həkimlərin də məsulliyyətə cəlb olunmasını tələb ediblər. Jurnalistlər “Həkimlər cəzalandırılsın!”, “Həkimlər işə cəlb edilsin!”, “Jurnalist ölümlərinə son!” şüarları olan plakatlar və Rasim Əliyevin şəkillərini qaldırıblar. Polis müqavimət göstərərək aksiyaya mane olub. Mülki geyimli polislər onlara hücum edərək plakatları və Rasim Əliyevin şəkillərini cırıb zibil yeşiyinə atıblar.

Jurnalistlər ötən il də Baş Prokurorluğun qarşısında “Həkimlər cəzalandırırlsın” şüarı ilə aksiya keçiriblər.

Aksiyanı görüb, dərdini dilə gətirən Nahidə Piriyeva da deyir ki, ötən il oğlu Fuad Piriyevin də 1 saylı Şəhər Kliniki Xəstəxanasında həkimlərin məsuliyyətsizliyi nəticəsində öldüyünü bildirib.

Ana səhifəVideoJurnalistlər ”Həkimlər cəzalandırılsın” şüarı ilə aksiya keçiriblər (VİDEO)